"Türkiyə günahkar deyil" - Tramp 

12:45 27.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ lideri Donald Tramp Türkiyənin Rusiyadan raket-zenit sistemi S-400-ləri almağını şərh edib. “Reuters”in məlumatına əsasən, Tramp bu kompleksi almaqda Türkiyəni günahlandırmır.

“Bir sıra səbəblər və digər problemlər olduğu üçün, mən Türkiyəni günahlandırmıram”, - deyə Tramp qeyd edib.

O vurğulayıb ki, ABŞ digər ölkələrə F-35 qırıcılarını çox asanlıqla sata biləcək. Lakin Amerika lideri S-400-ləri aldığı üçüni Türkiyəyə qarşı nə zaman gömrük rüsumu tətbiq edəcəyini açıqlamayıb.